Almaniyada bıçaqlı şəxs şəhər merinə hücum etdi
Tarix: 28-11-2017, 10:36
Almaniyada bıçaqlı şəxs Alten şəhərinin meri Andreas Holşteynə hücum edərək boyun nahiyyəsindən yaralayıb.
SİVİL.AZ-ın məlumatına əsasən, hadisə şəhər mağazalarından birində baş verib.
Hadisəni törədən 56 yaşlı şəxs sərxoş vəziyyətdə olub və hücumdan əvvəl siyasətçini yüksək səslə tənqid edib.
Bildirilir ki, merə kömək etmək istəyən mağaza işçisi də xəsarət alıb. (Oxu.Az)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər