Kosmosa 900 turist bileti satıldı - QİYMƏT
Tarix: 28-11-2017, 20:24
Britaniyalı sahibkar və milyarder Riçard Brensonun "Virgin Galactic” şirkəti ilk kosmik turistlərə 900-ə yaxın bilet satıb.
SİVİL.AZ Lent.az-a istinadən xəbər verir ki, bu barədə Brenson özü Moskvada keçirilən "Synergy Global Forum 2017” biznes forumunda bildirib.
"Ümid edirəm ki, 2-3 aydan sonra "Virgin Galactic” kosmosa yola düşəcək və tamamilə yeni kosmik era başlayacaq. Beləliklə, burada olan bir çox insanlar kosmosa getmək imkanına nail ola biləcəklər”, - deyə o bildirib.
Hazırda "kosmosa” biletin qiyməti 250 min dollar dəyərindədir. Ancaq sahibkarın sözlərinə görə, zaman-zaman onun qiyməti düşə bilər.
Qeyd edək ki, artıq "Virgin Galactic” şirkəti "SpaceShipTwo” turist gəmisinin bir neçə sınağını keçirib. Həmçinin suborbital kosmik uçuş da planlaşdırılıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər