ABŞ prezidenti Tvitterdə lağ mövzusu oldu

Xəbərin çap versiyası
Tarix: 30-11-2017, 14:38
ABŞ prezidenti Tvitterdə lağ mövzusu oldu


ABŞ prezidenti Donald Tramp Tvitter sosial şəbəkəsində lağ mövzusuna çevrilib.

SİVİL.AZ
"Ölkə.Az"-a istinadla xəbər verir ki, Tramp İngiltərənin baş naziri Tereza Meyə ismarıc göndərmək istəyəndə başqa bir səhifəyə mesaj yazıb.

ABŞ prezidenti növbəti cəhdində həqiqi Tereza Meyi tapsa da, Tvitterin gündəminə düşməkdən qurtula bilməyib.Donald Tramp İngiltərənin baş naziri Tereza Mey əvəzinə, 6 izləyicisi olan başqa bir Tereza Meyə mesaj göndərib. Tramp mesajında "Tereza, mənimlə məşğul olmaqdansa, Birləşmiş Krallıqdakı radikal İslam terroru ilə məşğul ol. Biz burada kifayət qədər yaxşıyıq" - yazıb.

Qeyd edək ki, Tramp əvvəllər də belə səhvə yol verib. O, Qızı İvanka əvəzinə İvanka Majik adlı bir qadına ismarıc göndərmişdi.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz