Tərəfdarları Saakaşvilini həbsdən azad ediblər

Xəbərin çap versiyası
Tarix: 5-12-2017, 16:22
Tərəfdarları Saakaşvilini həbsdən azad ediblər


Kiyevdə bir neçə saat əvvəl saxlanılmış Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili azadlıqdadır.

SİVİL.AZ
bildirir ki, APA-nın məlumatına görə, bu barədə görüntülər M. Saakaşvilinin “facebook” səhifəsində canlı yayımda nümayiş olunub.

Mixeil Saakaşvilinin tərəfdaşları onu Ukrayna güc strukturlarına məxsus mikroavtobusdan çıxarıblar. M. Saakaşvili güc strukturlarının əməkdaşlarının əlindən çıxaraq tərəfdarlarının əhatəsində ərazidən uzaqlaşıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz