Azərbaycanlı diaspor rəhbərindən Saakaşviliyə dəstək: Sona qədər yanındayıq

Xəbərin çap versiyası
Tarix: 5-12-2017, 17:54
Azərbaycanlı diaspor rəhbərindən Saakaşviliyə dəstək:


Mixeil Saakaşvilinin polis maşınından çıxarılmasında Ukraynada yaşayan azərbaycanlılar da iştirak edib.

SİVİL.AZ
bildirir ki, bunu Oxu.Az-a açıqlamasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov deyib.

O bildirib ki, hazırda Mixeil Saakaşvili ilə birlikdə Maydana doğru hərəkət edir. Hikmət Cavadovun sözlərinə görə, az sonra Mixeil Saakaşvili tərəfdarlarına müraciət edəcək.

“Biz Saakaşvili ilə birlikdə Ukraynada cinayətkar qruplaşmalara qarşı sona qədər mübarizə aparacağıq. Ümid edirəm ki, qələbə bizim olacaq. Demokratiya qələbə çalacaq”.

Xatırladaq ki, Gürcüstanın keçmiş prezidenti, Ukraynada Yeni Qüvvələrin Hərəkatı Partiyasının lideri Mixeil Saakaşvili Ukraynada dövlət çevrilişinə cəhd ittihamı ilə saxlanılmışdı.

Sonrada onun tərəfdarları Saakaşvilini polis maşınından azad ediblər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz