Saakaşvili müddətsiz aclıq aksiyasına başladı

Xəbərin çap versiyası
Tarix: 9-12-2017, 11:33
Saakaşvili müddətsiz aclıq aksiyasına başladı


Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili müddətsiz aclıq aksiyası elan edib.

SİVİL.AZ
-ın xəbərinə görə, bu barədə onun vəkili Ruslan Çernoluçki məlumat verib.

Şənbə gününə keçən gecə həbs edilən və təcridxanaya yerləşdirilən siyasətçinin müdafiəçisi qeyd edib ki, Saakaşvili həmçinin məcburi yeməkdən də imtina edir. “Əgər onun barəsində 60 gün müddətinə həbs qətimkan tədbiri seçilərsə, Mixail bütünü bu müddəti ac qalacaq”, - vəkil deyib.

Çernoluçkinin sözlərinə görə, Saakaşvili hazırda özünü yaxşı hiss edir. Vəkil həmçinin bildirib ki, Saakaşvili dostunun evində qonaq olarkən saxlanılıb. (Oxu.Az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz