BMT rüşvətin qlobal həcmini AÇIQLADI

Xəbərin çap versiyası
Tarix: 11-12-2017, 19:10
BMT rüşvətin qlobal həcmini


Hər il dünya üzrə təxminən 1 trln. ABŞ dolları həcmində vəsait rüşvətə yönəldilir.

SİVİL.AZ
xəbər verir ki, bu barədə Report.az "Vedomosti" qəzetinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, BMT-nin Beynəlxalq Korrupsiya Gününə həsr olunmuş hesabatında dünya iqtisadiyyatının daha 2,6 trln. dolları korrupsiya səbəbindən itirdiyi qeyd edilib. Bu da qlobal iqtisadiyyatın 5%-nə bərabərdir. İnkişaf etməkdə olan ölkələrdə oğurlanan pullar isə onlara verilən xeyriyyə vəsaitini 10 dəfə üstələyir.

"Korrupsiya hər hansı cəmiyyətin sosial-iqtisadi inkişafını dayandıracaq ciddi cinayətdir. Bu cinayətdən isə heç bir ölkə, region və ya birlik sığortalanmayıb", - deyə hesabatda qeyd edilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz