Alimlər Yer kürəsinin səsini dinlədi - "Uğultu"nun SİRRİ AÇILDI

Xəbərin çap versiyası
Tarix: 15-12-2017, 01:00
Alimlər Yer kürəsinin səsini dinlədi -


Fransa, Almaniya və Britaniyadan olan bir qrup geofizik Yer kürəsinin səsini dinlədiklərini iddia edirlər. Alimlər yeraltından gələn "uğultunu" aydın şəkildə müşahidə etdiklərini deyiblər.

SİVİL.AZ
xəbər verir ki, alimlər 2012-ci ilin sentyabr ayından 2013-cü ilin noyabr ayına qədər Madaqaskardan şərqdə yerləşən Hind okeanının Reyunon adası ətrafında 57 sferik seysmometr aşkarlayıblar.

Xüsusi filtrlərdən istifadə edən tədqiqatçılar okean dalğalarının hərəkəti ilə əmələ gələn və dalğavari yayılan təbii səslərin nəzdində "uğultular" müşahidə ediblər. Onların sözlərinə görə, bu səslərin ən güclü eşidiləni 2,9-4,5 MHs-dir. Bu isə insan qulağının eşidə biləcəyi tezlikdən təxminən 10 min dəfə zəifdir.

Tədqiqatçılar güman edirlər ki, bu "aşağı tezlikdə olan uğultular" Yer kürəsinin litosfer təbəqəsində gözə çarpmayan seysmik hərəkətlərin titrəyişləri zamanı əmələ gəlir. Bu tam olaraq yeraltı təkan hesab edilmir və çox kiçik olduqları üçün xüsusi avadanlıqlar olmadan onları duymaq qeyri-mümkündür. (publika.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz