Rusiyalı diplomat "arzuolunmaz şəxs" elan edilib
Tarix: 14-08-2019, 01:04
Ukraynada adı açıqlanmayan rusiyalı diplomat "arzuolunmaz şəxs" elan edilib.
CİVİL AZERBAİJAN xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, 2014-cü ildən bəri Rusiyanın Lvov konsulluğunda çalışan sözügedən diplomat yerli sakinlərdən birindən kəşfiyyat üçün məlumatlar toplayırmış.
Diplomatın Ukraynanı tərk etdiyi, həmin sakinin isə məsuliyyətə cəlb edildiyi deyilib.
Ukrayna vətəndaşının günahı sübuta yetirilərsə onu 15 ilə qədər həbs cəzası gözləyir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər