NATO və Rusiya qırıcıları arasında insident yaşanıb? - İDDİA

Xəbərin çap versiyası
Tarix: 14-08-2019, 13:50
NATO və Rusiya qırıcıları arasında insident yaşanıb? -


Rusiyanın Müdafiə Nazirliyi iddia edir ki, Rusiyanın Su-27 qırıcıları müdafiə naziri Sergei Shoigu-nu daşıyan təyyarəyə yaxınlaşdığına görə NATO-nun F-18 qırıcısını “qovublar”.

CİVİL AZERBAİJAN bildirir ki, nazirin təyyrəsi neytral sular üzərində uçurdu.

TASS xəbər agentliyinin məlumatında deyilir ki, insident baş verəndə Shoigu avqustun 13-də Rusiyanın Kalininqrad vilayətindən Baltik dənizinin üzəri ilə Moskvaya gedirdi.

Xəbərdə deyilirdi ki, Shoigu-nun təyyarəsində TASS agentliyinin müxbiri də vardı. Təyyarənin tipi barədə məlumat verilmir.

NATO bu xəbərə heç bir şərh verməyib.

Rusiya mediasının xəbərlərində deyilir ki, Shoigu-nun təyyarəsini iki Su-27 qırıcısı müşayiət edirdi.

TASS bundan əvvəl xəbər vermişdi ki, Shoigu Kalininqrada orada Naximov Dənizçilik Məktəbinin filialının açılışında iştirak etmək üçün getmişdi.

Rusiya mediası Shoigu-nun təyyarəsinin Baltik dənizi üzərində NATO təyyarəsi tərəfindən qısnandığı barədə 2017-ci ilin iyununda da yazmışdı. O vaxt da NATO qırıcısının Rusiya döyüş təyyarələri tərəfindən “qovulduğu” bildirilirdi.

NATO o vaxt təyyarəsinin qovulduğu barədə xəbərləri təkzib etmişdi.

Rusiya özünün hərbi əzələlərini nümayiş etdirməyə başlayandan NATO ilə onun təyyarələri arasında insidentlərin sayı artıb. (Azadlıq Radiosu)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz