Əkrəm İmamoğlu dindar fondlara ayrılan yardımları dayandırıb

Xəbərin çap versiyası
Tarix: 28-08-2019, 15:28
Əkrəm İmamoğlu dindar fondlara ayrılan yardımları dayandırıb


İstanbulun yeni seçilmiş Bələdiyyə sədri Əkrəm İmamoğlu seçkilərdən əvvəl dilə gətirdiyi vədlərindən birini həyata keçiib. O İstanbul bələdiyyəsindən yardım balan vakıfların (ictimai fondlar) çoxuna maliyyə yardımını kəsib.

CİVİLAZERBAİJAN.COM-ın məlumatına görə maliyyə yardımı kəsilən fondlar “Ensar”, “TÜGVA” və “TÜRGEV” kimi dindar təşkilatlardır. İmamoğlu özü belə fondlara yardım kimi ildə ümumilikdə 357 milyon 453 min 972 lirə xərclədiklərini və bundan sonra həmin vəsaitin bələdiyyə büdcəsində qalacağını deyib.

Həmçinin İstanbul Bələdiyyəsinin sədri bu məbləğin səmərəsiz xərclənildiyini də dilə gətirib, o, təkcə bir fondun yemək dəstəyi üçün xərclərinə ildə 56 milyon lirə verildiyini də deyib. “İnana bilmirəm. Bu millətin puludur, onu haralara xərcləyirsiniz? Fondların biri üçün bir bina tikilib, baxıram tikinti xərcləri 165 milyon lirədir. Belə binalar daha fondlara deyil, istanbullulara məxsusdur. Bu hələ başlanğıcdır”. – deyə İmamoğlu çıxışında bəyan edib.

Digər yandan hökümətyönümlü media İmamoğlunun maddi yardımı və hər cür əməkdaşlığı dayandırdığı fondların adlarını sadalayaraq hamısının dindar fondlar olduğunu dilə gətirib. Belə ki onlar Ensar, Aziz Mahmud Hüdayi fondu, TÜGVA, Daru’l Fünun İlahiyat fondu və Hoca Ahmet Yesevi fondlarıdır. İstanbul Bələdiyyəsi həmçinin bu cür təşkilatlar, dərnəklər və fondlarla əməkdaşlıqları da dərindən araşdıracaqlarını bəyan edib.

Əkrəm İmamoğlu həmçinin özündən əvvəlki dövrdə dövlətin verdiyi maşınlarla bağlı böyük israfçılıqlar edildiyini və bu haqda bu yaxınlarda mediaya geniş hesabat verəcəklərini də dilə gətirib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz