Ali Babacan Ərdoğana qarşı yeni partiyanın elan olunacağı vaxtı açıqladı

Xəbərin çap versiyası
Tarix: 11-09-2019, 21:20
Ali Babacan Ərdoğana qarşı yeni partiyanın elan olunacağı vaxtı açıqladı


Türkiyənin keçmiş İqtisadiyyat Naziri Ali Babacan “Karar” qəzetinə verdiyi müsahibəsində yeni yaradacağı partiya haqqında məlumat verib.

CİVİL AZERBAİJAN bildirir ki, sabiq nazir “Çoxlu insanlarla görüşürük, müzakirələr aparırıq, özümüzə komanda yığırıq. Bütün bunları nəzərə aldıqda partiyamızın qurulması üçün 2019-un sonlarına qədər işlərimizi yekunlaşdırmağı düşünürük", - deyə bəyan edib.

Ali Babacan həmçinin qeyd edib ki, onların qurduğu partiyaya keçmiş prezident Abdullah Gül də tam dəstək verir.

Ancaq keçmiş iqtisadiyyat naziri Ərdoğana rəqib olan və AKP-dən istefa vermiş digər bir şəxs, keçmiş Xarici İşlər naziri Ahmet Davutoğlunun yeni partiyada onlarla birgə çalışmayacağını da qeyd edib.

Xatırladaq ki, 2001-ci ildə AKP-nin qurucularından biri olan və 14 il partiyanın mərkəzi aparatında yer alan Ali Babacan 2002-ci ildə millət vəkili seçilərək parlamentdə girib. Babacan həmçinin Türkiyənin iqtisadiyyat naziri və baş nazirin iqtisadi məsələlər üzrə köməkçisi kimi də çalışıb.

O, 2018-ci ildə AKP partiyasından istefa verərək AKP hökümətinin daha xalqa xidmət etmədiyini və şəffaf fəaliyyət göstərmədiyini söyləyib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz