ABŞ və Belarus diplomatik nümayəndəlikləri BƏRPA EDİR

Xəbərin çap versiyası
Tarix: 18-09-2019, 11:32
ABŞ və Belarus diplomatik nümayəndəlikləri


Birləşmiş Ştatlar və Belarus 11 illik fasilədən sonra səfirlər səviyyəsində diplomatik nümayəndəliklərini bərpa etmək planlarını açıqlayıb.

CİVİLAZERBAİJAN.COM xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibinin siyasi məsələlər üzrə müavini Devid Heyl Minskə səfəri zamanı bildirib.

Devid Heyl prezident Aleksandr Lukaşenko ilə görüş zamanı Vaşinqtonun “Belarusun suverenliyi və müstəqilliyini qətiyyətlə dəstəklədiyini” vurğulayıb.

Belarus prezidenti görüşdə ABŞ-ın Ukraynada münaqişənin nizamlanmasına kömək edə biləcəyini bildirib.

Qərb ölkələri və Minsk arasında Belarusda insan hüquqlarının durumu və siyasi repressiyalarla bağlı uzun illərdir fikir ayrılıqları mövcuddur.

Birləşmiş Ştatlar və Avropa İttifaqı 2006-cı il prezident seçkilərinin ardınca təqiblərdən sonra Belarusa qarşı sanksiyalar tətbiq edib.

Belarus sanksiyalara cavab olaraq 2008-ci ildə səfirini Birləşmiş Ştatlardan geri çağırıb, ABŞ səfiri isə bunun ardınca Minski tərk edib.

İki ölkə Rusiyanın 2014-cü ildə Ukraynanın Krım yarımadasını işğal etməsi və Kremlin Ukraynanın şərqində separatçılara dəstək verməklə, Belarusun ərazi bütövlüyü il bağlı narahatlıqların yaranmasının ardınca aralarındakı soyuq münasibətləri yenidən nəzərən keçirməyə başlayıb.

Moskva Rusiya və Belarus arasında vahid dövlətin yaradılmasına dair 20 illik planların canlandırılmasına çalışsa da, Lukaşenko buna meyl göstərməyib.

Belarus ölkə iqtisadiyyatının zəifləməməsi üçün Rusiyadan ucuz enerjidən ciddi şəkildə asılıdır. Moskva Belarusa satılan xam neftin qiymətini artırmaq üçün tədbirlər görür.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz