Almaniyada sosial yardım artdı

Xəbərin çap versiyası
Tarix: 23-09-2019, 00:00
Almaniyada sosial yardım artdı


Almaniya əhaliyə verilən sosial yardımı artırıb.

CİVİLAZERBAİJAN.COM xəbər verir ki, “Hartz IV” kimi tanınan sosial yardım 2020-ci ilin yanvarından 8 avro artırılacaq. Əhaliyə bu ödəniş vergilərlə formalaşan dövlət büdcəsindən ödəniləcək.

Almaniyada 5,6 milyon şəxs yeni adı ilə “İşsizlik pulu II” olan (Arbeitslosensgeld II) sosial yardımı alır.

Yeni ilin yanvarından tək yaşayan və uzun müddətdir işsiz olan şəxs 424 avro yerinə 432 avro alacaq.

Evli cütlüklərə ödənilən 382 avro aylıq yardım 389 avroya qalxacaq. 5 yaşına qədər olan uşaqlara 250, 6-13 yaş arası uşaqlara 308, 18 yaşına qədər olanlara isə, 328 avro aylıq yardım ödəniləcək. 25 yaşından kiçik, ailəsi ilə qalıb işləməyən gənclərə isə, aylıq 345 avro yardım veriləcək.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz