ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib
Tarix: 27-09-2019, 12:15
ABŞ Rusiyanın bir şirkətinə, üç vətəndaşına və beş gəmisinə sanksiya tətbiq edib.
CİVİLAZERBAİJAN.COM-un RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, sanksiyalar Suriyada fəaliyyət göstərən Rusiya hərbçilərinə aviasiya yanacağının göndərilməsini təmin etmək üçün yaradılan sxemdə iştiraka görə tətbiq edilib.
Xüsusilə “qara siyahı”ya Rusiyanın “Maritaym Assistans” MMC (“Maritime Assistance” LLC) şirkəti salınıb. Onun sanksiyalara məruz qalan “Sovfraxt” (“Совфрахт”) şirkəti ilə əlaqəli olduğu bildirilir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər