Rusiya məhbus sayına görə Avropada birinci yerdədir - HESABAT
Tarix: 3-10-2019, 21:12
Rusiya hər 100 min nəfərə düşən məhbus sayına görə 2018-ci ildə Avropada birinci yerə çıxıb.
CİVİLAZERBAİJAN.COM bildirir ki, bu barədə Ümumrusiya Vətəndaş Forumunun Rusiya həbsxanalarında islahatlara dair hesabatında deyilir.
Bu göstəriciyə görə Rusiya Federasiyası dünyada 19-cu yeri tutub.
Hesabatda bildirilir ki, bu ilin 1 iyuluna olan məlumata görə hazırda Rusiuyanın islah-əmək koloniyalarında və təcridxanalarında 543 min nəfərdən çox dustaq var.
Müqayisə üçün qeyd olunur ki, ikisinin əhalisi birlikdə Rusiya qədər olan Almaniya və Fransada ümumilikdə 200 min məhbus var.
Uzun məhbusluqlar
Hesabatda bu da qeyd olunur ki, Rusiyada dustaq sayının çox olması həm də məhkumluq müddətlərinin uzunluğu ilə şərtlənir.
Beləki Rusiya məhbuslarının yalnız 24 faizi 3 ilədək azadlıqdan məhrum edilənlərdir. Daha 23 faizin cəzası 3 ildən 5 ilədəkdir.
5 ildən 10 ilədək məhkum edilənlər bütün məhbusların 35 faizini təşkil edir. Məhbusların 18 faizinə 10 ildən çox iş kəsilib.
Yenə də müqayisə üçün bildirilir ki, 2017-ci ilin məlumatına görə Avropa Şurası ölkələrində məhbusların 40 faizi 3 ilədək azadlqıdan məhrum edilənlər idi.
Onlardan 13 faizinin cəza müddəti bir ildən az idi. Cəza müddətləri 3-5 il olanlar 19 faiz, 5-10 il olanlar 23 faiz təşkil edirdi.
Rusiya Cəzaların İcrası Federal Xidmətinin (FSİN) 2018-ci il üçün hesabatına görə həbsxanalarda olanların 54 faizi bundan əvvəl məhkum edilmişlər, 36 faizi isə üç və daha artıq dəfə məhkum edilmişlər idi.
Rekord həbsxana büdcəsi
Rusiyanın həbsxana büdcəsi də Avropada birincidir. Bununla belə Rusiyada bir məhbusun saxlanması Avropada olan orta məbləğdən 50 dəfə ucuz başa gəlir.
Rusiyada hər dustağa günə 2, 5 avro xərclənirsə, Avropada bu məbləğ adambaşına hər gün 128 avrodur.
FSİN 2019-cu ilin iyununda bildirirdi ki, Rusiyada məhkum edilmiş qadınların sayı Fransadakından 15 dəfə çoxdur.
2018-ci ilə olan məlumata görə Rusiya həbsxanalarında 45 min qadın var. Bu, ümumi dustaqların 10 faizini təşkil edir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər