“Qarabağ” Lüksemburqda təxribatla üzləşdi
Tarix: 4-10-2019, 01:41
Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirilib.
CİVİLAZERBAİJAN.COM bildirir ki, turnirdə Azərbaycanı təmsil edən “Qarabağ” növbəti matçına çıxıb. Ağdam təmsilçisi Lüksemburqda “Düdelanj”ın qonağı olub.
Oyun insidentsiz ötüşməyib.
Lüksemburqdakı görüşün 31-ci dəqiqəsində - “Qarabağ”ın ikinci qolundan sonra meydançanın üzərində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı dronla havalandırılıb.
The Independent yazır ki, bayrağı daşıyan dron meydanın mərkəzi üzərində bir neçə saniyəlik dövrə vurub.
“Qarabağ” futbolçuları buna kəskin etiraz bildirib. Matçın baş hakimi Con Biton matçı yarımçıq dayandırıb.
Qarabağ klubunun yarımmüdafiəçisi Qara Qarayev dronu topla vurmağa çalışıb - yazır Independent.
Qeyd edək ki, oyun dayanarkən görüş 2:0 “Qarabağ”ın xeyrinə olub.
Təxminən 25 dəqiqəlik fasilədən sonra matç davam etdirilib.
Oyun 1-4 hesabı ilə başa çatıb.
"Düdelanj" (Lüksemburq) - "Qarabağ" (Azərbaycan) - 1:4
Qollar: Abdullah Zubir, 11 (0:1), Miçel, 31 (0:2), Almeyda, 38-pen (0:3), Dani Kintana, 69 (0:4), Bernier, 90 (1:4)
Qırmızı vərəqə: Qaros, 62-ikinci sarı vərəqə ("Düdelanj")
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər