Fransada 10 illik yaşayış icazəsi almaq üçün ŞƏRTLƏR

Xəbərin çap versiyası
Tarix: 5-10-2019, 12:24
Fransada 10 illik yaşayış icazəsi almaq üçün


Fransada 10 illik yaşayış icazəsi kartı almaq üçün həm üç illik yaşayış icazəsi olanlar, həm də evlənərək bu ölkəyə köçənlər müraciət edə bilər.

CİVİLAZERBAİJAN.COM xəbər verir ki, Fransa vətəndaşı ilə evlənərək “Ailə birləşməsi” proseduru ilə bu ölkəyə gələn əcnəbilər OFII tərəfindən təsdiq aldıqdan sonra müvəqqəti olaraq onlara 1 illik viza verilir.

Bu müddətin bitməsinə 3 ay qalmış, evlənərək ölkəyə gələn şəxs iki illik yaşayış icazəsi kartı əldə edir.

Fransada qanuni şəkildə 3 il yaşayan əcnəbilər isə 10 illik yaşayış icazəsi kartına sahib ola bilərlər. Bunun üçün mövcud yaşayış icazəsi müddətinin bitməsinə 2 ay qalmış 10 illik müddət üçün müraciət etmək lazımdır.

Fransada da yaşayış icazəsi kartı üçün fransız dili şərtdir. 65 yaşa qədər hər bir şəxs Fransa vətəndaşı ilə evlənən zaman fransız dilini A2 səviyyəsində bilməlidir.

10 illik yaşayış icazəsi kartı üçün müraciət edən hər bir şəxs 269 avro məbləğində dövlət rüsumu ödəməlidir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz