Almaniya və Fransadan Türkiyə ilə bağlı VACİB QƏRAR

Xəbərin çap versiyası
Tarix: 13-10-2019, 18:09
Almaniya və Fransadan Türkiyə ilə bağlı  VACİB QƏRAR


Almaniya Türkiyə silah tədarükünü dayandırdığını açıqlayıb.

CİVİLAZERBAİJAN.COM
xəbər verir ki, bu sözləri şənbə günü Almaniyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi söyləyib. Məlumata görə, Almaniya belə bir addımı Ankaranın Suriyadakı kürd silahlı birləçmələrinə qarşı başladığı hərbi əməliyyatlara əlaqələndirib.

Türkiyə silahlı qüvvələri oktyabrın 9-da Suriya sərhəddini keçərək 32 kilometrlik təhlükəsizlik zonasının yaradılması ilə bağlı əməliyyatlara başlayıb.

"Barış bulağı" adı verilən bu əməliyyat Trump-ın ABŞ hərbçilərinin həmin ərazidən çıxarılması ilə bağlı verdiyi bəyanatdan sonra başlayıb.

Suriyadakı silahlı kürd birləşmələrinin komandanı ABŞ-ın bu addımını qınayaraq "məhv olma təhlükəsiz ilə üz-üzə qaldığımz zaman siz bizi atırsınız" deyə bildirib.

Fransanın da oxşar addım atdığı bildirilir.

Amerika və Avropa İttifaqı hərbi əməliyyatlarla bağlı sanksiyalar tətbiq edəcəkləri ilə bağlı Türkiyəyə xəbərdarlıq ediblər. (AazadlıqRadiosu)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz