Tramp bu dəfə də Türkiyəni belə hədələdi

Xəbərin çap versiyası
Tarix: 14-10-2019, 20:42
Tramp bu dəfə də Türkiyəni belə hədələdi


"Türkiyəni böyük sanksiyalar gözləyir”.

CİVİLAZERBAİJAN.COM
"Thmhaber” istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

"200 ildir bir-biri ilə müharibə aparan xalqlar arasında yeni bir savaşa girmirik. Avropanın İŞİD-də olan tutulmuş vətəndaşlarını geri almaq şansı var idi. Ancaq əvəzinin ödəmək istəmədilər. Dedilər: "ABŞ ödəsin”. Kürdlər bizi savaşa cəlb etmək üçün İŞİD üzvlərinin bəzilərini sərbəst buraxa bilər. Türkiyə və Avropa ölkələri onları rahatca həbs edə bilərdilər, amma cəld tərpənmədilər.

Türkiyəni böyük sanksiyalar gözləyir. İnsanlar doğrudan NATO üzvü olan Türkiyə ilə savaşacağımızı düşünürlər? Sonu olmayan mühariblər bitəcək. Yaxın Şərqdə qalmağımızı istəyənlər bizi orada bataqlığa sürükləyənlərdir”, - D. Tramp vurğulayıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz