ABŞ Türkiyənin hansı nazirlərinə sanksiya tətbiq etdi? - SİYAHI
Tarix: 15-10-2019, 14:24
ABŞ iki türk nazirliyi və üç türk nazirə qarşı sanksiya tətbiq edib. Həmçinin Tramp Erdoğana zəng edərək Suriyadakı hərbi əməliyyatları dayandırmağı tələb edib.
CİVİLAZERBAİJAN.COM bildirir ki, oktyabrın 15-i ABŞ maliyyə nazirliyi rəsmi Ankaranın Suriyada başladığı hərbi əməliyyatlara görə Türkiyənin müdafiə və energetika nazirliyinə qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar həmçinin Müdafiə Naziri Hulusi Akara, Energetika Naziri Fatih dönməzə, həmçinin Daxili İşlər Naziri Süleyman Soyluya qarşı da elan edilib.
Sanksiyalarla bağlı danışan ABŞ Maliyyə Naziri Stiven Mnuçin deyib ki: “Birləşmiş Ştatlar türk silahlı qüvvələrinin günahsız suriyalılara qarşı zorakılığına və regiondakı sabitliyi pozmasına etirazını bildirir”.
Xatırladaq ki, Ağ Evin rəhbəri Donald Tramp da keçdiyimiz günlərdə dəfələrlə öz Twitter səhifəsindən Türkiyəyə qarşı sanksiyalar tətbiq ediləcəyini bildirmişdi. ABŞ vitse-prezidenti Mark Pens dünən elan edib ki, Tramp Erdoğana zəng edərək Suriyadakı hərbi əməliyyatları dayandırmağı tələb edib. Mark Pensin özü də Yaxın Şərqə gedib vəziyyəti nəzarətdə saxlayacağını bəyan edib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər