Trump-dan Erdoğana məktub: "Axmaqlıq etmə, gəl razılaşaq, sənə sonra zəng edəcəm" - TƏFƏRRÜAT
Tarix: 17-10-2019, 12:44
ABŞ Prezidenti Donald Trump-ın "Barış Pınarı Hərəkatı"-nın başladığı gün Türkiyə Prezidenti Recep Tayyip Erdoğana Suriyanın şimal-şərqi ilə bağlı razılığa gəlməyə çağırdığı məktub ortaya çıxıb.
CİVİLAZERBAİJAN.COM bildirir ki, İlk olaraq Fox News müxbirinin Twitter səhifəsindən paylaşdığı məktub daha sonra Ağ Ev tərəfindən də təsdiqlənib. New York Times qəzeti Trump-ın çərşənbə günü Suriya haqqında Konqres liderləri ilə keçirdiyi iclasda Türkiyənin hərbi əməliyyatlarına "yaşıl işıq" vermədiyini sübut etmək üçün Erdoğana "ağır" məktub yazdığını bildirib.
Trump daha sonra Nümayəndələr Palatasında azlıq fraksiyasının lideri Respublikaçı Kevin McCarthy-den məktubun nüsxəsini iclasdakılara paylamasını istəyiib.
Trump məktubda Erdoğana "Əgər bu işi düzgün və insanpərvər bir şəkildə həyata keçirsəniz, tarix sizə müsbət baxacaq. Yaxşı şeylər baş verməzsə, sizi əbədi olaraq şeytan kimi görəcək. "Çətin adam" olmayın. Axmaq olmayın! Sizə sonra zəng edəcəyəm" deyib.
Trump öz məktubuna Suriya Demokratik Qüvvələrinin Baş Komandiri Mazlum Kobaninin Türkiyə ilə danışıqlar aparmaq istədiyini və bəzi güzəştlərə getmək niyyətində olduğunu vurğuladığı məktubunu da əlavə edib.
Trump Türkiyənin bəzi problemlərini həll etmək üçün çox çalışdığını vurğulayıb:
"Cənab Prezident, gəlin yaxşı razılıq ortaya qoyaq. Minlərlə insanın öldürülməsinə görə məsuliyyət daşımaq istəmirsiniz və mən Türkiyə iqtisadiyyatını məhv etməkdə məsul olmaq istəmirəm - və bunu edəcəyəm. Keşiş Brunsonla bağlı məsələdə mən bunu sizə yaşatmışdım.
Bəzi problemlərinizi həll etmək üçün çox çalışdım. Dünyanı məyus etmə. Böyük razılıq əldə edə bilərsiniz. Baş Komandir Mazlum sizinlə danışıqlar aparmağa hazırdır və keçmişdə heç vaxt etmədikləri güzəştlərə getməyə hazırdır. Mən gizli olaraq yeni aldığım məktubun bir nüsxəsini əlavə edirəm".
Fotonun müəllifiREUTERS
Məktubun üzərində "9 oktyabr, 2019" tarixi qeyd olunur. Bu tarix Türkiyənin Suriyanın şimal-şərqindəki Suriya Demokratik Qüvvələrinin nəzarəti altındakı ərazidə təhlükəsiz ərazi yaratmaq üçün başlatdığı "Barış Pınarı Hərəkatı"na başladığı günə təsadüf edir.
Əsas hissəsini kürd qruplaşmalarının təşkil etdiyi Suriya Demokratik Qüvvələri Suriyada başda ABŞ olmaqla Qərbin, özünü İslam Dövləti adlandıran hərbi qruplaşma (İŞİD) ilə mübarizəsindəki ən əhəmiyyətli müttəfiqidir.
Lakin Türkiyə Suriya Demokratik Qüvvələrini, YPG, PYD-ni PKK-nın bir qolu olaraq görür və "terror təşkilatı" kimi tanıyır.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər