ABŞ və Türkiyə Suriyada atəşkəsə razılaşdılar

Xəbərin çap versiyası
Tarix: 18-10-2019, 01:01
ABŞ və Türkiyə Suriyada atəşkəsə razılaşdılar


ABŞ vise-prezidenti Mike Pence oktyabrın 17-də deyib ki, Birləşmiş Ştatlar və Türkiyə Suriyada atəşkəs barədə razılığa gəliblər.

CİVİLAZERBAİJAN.COM bildirir ki, bundan əvvəl prezident Trump və Avropa liderləri Türkiyə prezidenti Recep Tayyip Erdoğanı Suriyanın şimalında hücum əməliyyatını dayandırmağa çağırmışdılar.

CNBC-nin xəbərinə görə Pence deyib ki, razılaşmaya habelə Kobani əhalisinə qarşı hərbi hərəkətlərin dayandırılması daxildir.

O habelə bildirib ki, ABŞ və Türkiyə münaqişənin sülh yolu ilə həllinə və Suriyanın şimalında təhlükəsiz zonanın yaradılmasına razılaşıblar.

Mike Pence əlavə edib ki, bu regionda sülh və təhlükəsizlik beynəlxalq normalara əsaslanmalıdır.

Bundan əvvəl vise-prezident Pence və ABŞ dövlət katibi Mike Pompeo Türkiyə prezidenti Recep Tayyip Erdoğanla görüşmək üçün Ankaraya gəlmişdilər.

Pence və Pompeonun birgə mətbuat konfransından əvvəl Donald Trump “bu yaxşı xəbəri” Twitter-də paylaşıb və bildirib ki, “milyonlarla insanın həyatı xilas edilib”. (AzadlıqRadiosu)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz