Etirazçılar yenidən küçələrə çıxırlar

Xəbərin çap versiyası
Tarix: 25-10-2019, 10:59
Etirazçılar yenidən küçələrə çıxırlar


İraqın paytaxtı Bağdadda və ölkənin cənub hissəsində hökumətə qarşı çıxan etirazçılar yenidən küçələrə çıxır, kütləvi etirazlara hazırlaşırlar.

CİVİLAZERBAİJAN.COM
bildirir ki, oktyabrın 24-də Nəsriyyədə nümayişçilər deyiblər ki, “rejim çökənədək” küçələrdə qalacaqlar.

Bağdadın Təhrir meydanına 300-dən artıq etirazçı yığışıb, çoxunun əlində İraqın üçrəngli bayrağı olub, hökumətin, elit siniflərin “kökünü kəsməyə” çağırıblar.

Bəzi etirazçılar “Bağdad azaddır, İran, buradan çıx!” qışqırıblar.

2003-cü ildə ABŞ-ın işğalından sonra diktator Saddam Hussein devriləndən bəri şiə İranın İraq üzərində nüfuzu böyükdür, bu ölkədə güclü şiə yaraqlılarını dəstəkləyir.

Oktyabrın 1-də İraq küçələrində başlanan kütləvi etirazlarda azı 157 nəfər həlak olub, bunu bu yaxınlarda rəsmi təhqiqat üzə çıxarıb.

İraq ordusu etirazlar zamanı “aşırı güc”dən istifadə olunduğunu etiraf edib, bu hərəkətlərə yol verən zabitlərin məsuliyyətə cəlb olunduğunu bildirib.

Baş nazir Adil Abdul-Mahdi bir ilə yaxındır hakimiyyətdədir.

İraq əhalisi 40 milyona yaxındır, dünyanın beşinci neft istehsalçısı və ixracatçısıdır. Ancaq ölkə əhalisinin 20 faizindən çoxunun yoxsulluq içində yaşadığı bildirilir.

Gənclər arasında işsizlik 25 faizdir. (AzadlıqRadiosu)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz