Putin Trump-a təşəkkür edib

Xəbərin çap versiyası
Tarix: 30-12-2019, 13:24
Putin Trump-a təşəkkür edib


Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trump-a “Rusiyada terror aktlarının həyata keçirilməsini önləməyə kömək etmiş, xüsusi xidmətlər vasitəsilə ötürülən informasiyaya görə” təşəkkür edib. Kremlin dekabrın 29-da bildirməsinə görə, bu haqda Rusiya tərəfinin təşəbbüsü ilə həyata keçirilən telefon söhbətində danışılıb.

CivilAzerbaijan.com bildirir ki, ABŞ tərəfi informasiyanı hələlik, təsdiqləməyib.

Rusiya mediası daha öncə Federal Təhlükəsizlik Xidmətinə (FSB) istinadla xəbər verib ki, “Yeni il bayramlarında Sankt Peterburqda terror hücumu həyata keçirmək istəyən” iki rusiyalı ABŞ-ın informasiyası əsasında saxlanıb.

Kremlin vebsaytında yerləşdirilmiş informasiyada deyilir ki, Putinlə Trump “qarşılıqlı maraq doğuran bir sıra məsələləri” də müzakirə ediblər. Hər iki lider “terrorçuluqla mübarizədə qarşılıqlı əməkdaşlığı davam etdirməyə” razılaşıblar, Putinin ofisi bildirib. Başqa ayrıntılar açıqlanmayıb.

Rusiya beş il qabaq Ukrayna ərazisini ilhaq edəndən sonra ona sanksiyalar tətbiq olunub. Moskva əks-sanksiyalarla cavab verib. Bütün bunlar Moskvayla Vaşinqtonun münasibətlərini gərginləşdirib. Tərəflər arasında silahlara nəzarət sazişləri, Suriya və Venesuela və digər məsələlər üzrə də ziddiyyətlər yaranıb. (AzadlıqRadiosu)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz