Trump bildirib ki, Tehran hücum edəcəyi halda ABŞ İranın 52 obyektini vuracaq
Tarix: 5-01-2020, 15:30
Prezident Trump xəbərdarlıq edib ki, ABŞ İranın 52 obyektini "hədəfə alıb" və Tehranın amerikalılara və ya ABŞ obyektlərinə hücum edəcəyi təqdirdə ABŞ "çox sürətli və çox sərt" zərbə endirəcək.
CivilAzerbaijan.com bildirir ki, ABŞ prezidenti bu açıqlamanı İran generalı Qasım Süleymaninin ABŞ tərəfindən İraqda öldürülməsindən sonra verib.
Süleymaninin öldürülməsi iki ölkə arasında böyük bir gərginliyin yaranmasına səbəb olub və İran Süleymaninin "qisasının alınacağını" vəd edib.
Twitter-də yazan prezident Trump İranı "ABŞ-ın müəyyən obyektlərini hədəfə aldığı haqqında çox cəsarətlə danışmaqda" günahlandırıb.
O, ABŞ-ın "İran və İran mədəniyyəti üçün çox böyük əhəmiyyət kəsb edən" 52 obyektin müəyyən edildiyini bildirib və Tehranın ABŞ-a zərbə endirəcəyi təqdirdə həmin obyektlərin "ÇOX SÜRƏTLƏ VƏ AĞIR ZƏRBƏYLƏ" vurulacağı barədə xəbərdarlıq edib. (BBC)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər