Trump: İranda dinc nümayişçilərin qətliamına imkan vermək olmaz

Xəbərin çap versiyası
Tarix: 12-01-2020, 13:31
Trump: İranda dinc nümayişçilərin qətliamına imkan vermək olmaz


İranda hökumət əleyhinə qalxmış nümayişçilərə dəstək ifadə edən ABŞ Prezidenti Donald Trump insan haqları monitorinq qruplarının ölkəyə buraxılmasına çağırıb. "Dinc nümayişçilərin yenidən qətliamına və internetin tamamilə qapadılmasına imkan verməməliyik", - deyə ABŞ lideri Tvitterdə yazıb.

CivilAzerbaijan.com
bildirir ki, ilk dəfə olaraq ABŞ prezidenti fars dilində ayrıca tvit yazaraq “cəsur nümayişçilərə” dəstəyini ifadə edib.

“Prezidentliyimin ilk günündən mən sizi dəstəkləmişəm,” o yazıb.

“Amerika sizi eşidir, Amerika sizi dəstəkləyir, Amerikia sizinlə çiyinçiyinə dayanır,” deyə həmçinin ABŞ Dövlət Katibi Mayk Pompeo nümayişçilərə ünvanlanan bəyanat yayıb.

İranın bir neçə iri şəhərində şənbə günü 176 nəfərin içində olduğu təyyarənin İran raketi ilə vurulmasına etiraz olaraq aksiyalar keçirilib.

Nümayişçilər ali dini rəhbər Ayətullah Əli Xameneyinin istefasına çağıraraq "Rədd olsun yalançılar!", "Diktatora ölüm!" şüarları səsləndiriblər.

İki ay öncə İranı bürüyən nümayişlərdə də etiazçılar oxşar şüarlar səsləndirmişdi. Amensty International-n məlumatına görə, həmin nümayişləri yatırmaq üçün Xameneyi hökumətinin qüvvələri azı 300 etirazçını öldürmüşdü. (AmerikanınSəsi)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz