Merkel və Putin nə haqqında danışıblar?

Xəbərin çap versiyası
Tarix: 12-01-2020, 14:10
Merkel və Putin nə haqqında danışıblar?


Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putin Yaxın Şərqdə artan gərginlikləri müzakirə etmək üçün şənbə günü Moskvada danışıqlar aparıb.

CivilAzerbaijan.com
bildirir ki, Almaniya kanslerinin sözçüsü bu həftənin əvvəli Rusiyanının BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq “siyasi münaqişələrin həlli məsələsində” əvəzolunmaz olduğunu söyləyib.

Almaniya və Rusiya Birləşmiş Ştatlar 2018-ci ildə İran razılığından geri çəkiləndən bəri 2015-ci ildə əldə olunan sazişi bərpa etməyə çalışan dünya qüdrətləri arasındadır.

İranın şənbə günü Ukrayna təyyarəsini vuraraq 176 nəfərin ölümünə səbəb olduğunu etiraf etməsi isə nüvə razılığını qoruyub-saxlamaq səylərini çətinləşdirə bilər.

Merkel Putinlə görüşdən sonra Tehranda baş verən faciə ilə bağlı bunları deyib: “Cavabdeh olanları bilmək yaxşıdır və mən inanıram ki, indi qurbanların ölkələri ilə birlikdə həll yolu tapmaq üçün hər şey edilməlidir”.

Almaniya və Rusiya liderləri həmçinin Liviyadakı münaqişəni müzakirə edib. Putin deyib ki, o, Almaniyanın Liviya münaqişəsinin həlli ilə bağlı konfrans keçirmək təklifini dəstəkləyir.

"Biz düşünürük ki, Almaniyanın Berlində Liviya ilə bağlı beynəlxlaq konfrans keçirmək təşəbbüsünün tam zamanıdır”, o deyib. “Berlin konfransında Liviya münaqişəsini həqiqətən də həll etmək qətiyyətində olan ölkələrin iştirakı təmin olunmalıdır ki, real nəticələr əldə olusun. Ən əsası isə odir ki, bu qərarlar ilkin olaraq Liviya tərəfləri ilə müzakirə olunmalıdır", o əlavə edib.

Putin həmçinin bu yaxınlarda onun müttəfiqi ilə əlaqəsi olan Rusiya şirkətindən pul hərislərinin Liviyada xain generalın tərəfində döyüşdüklərinə dair iddiaları rədd edib. O deyib ki, orada hər hansı ruslar varsa, onlar höküməti təmsil etmir.

Merkel və Putin həmçinin Ukraynanın şərqində müqanişəyə son qoymaq səylərini və Rusiya qazını Almaniyaya aparacaq Nord Stream 2 boru kəmərinin gələcəyini müzakirə ediblər. ABŞ-ın sanksiyaları səbəbilə boru kəmərinin tikintisi dayandırılıb. (AmerikanınSəsi)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz