Britaniyanın səfiri Tehranda saxlanılıb
Tarix: 12-01-2020, 15:58
Böyük Britaniyanın İrandakı səfiri Rob Macaire yanvarın 11-də Tehranda saxlanılıb.
CivilAzerbaijan.com bildirir ki, səfir qısa müddətə saxlanma səbəbinin Ukraynaya məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından sonra Tehranda keçirilən etiraz aksiyasında iştirakı ilə əlaqələndirib.
İranın Mehr informasiya agentliyi isə səfir Rob Macaire-nin Tehrandakı Amir Kabir Universitetinin qarşısındakı aksiyada "şübhəli hərəkətlərə səbəb olma" ittihamı ilə saxlandığını yazıb.
Tehranın Ukrayna sərnişin təyyarəsinin İran zenit raketləri tərəfindən səhvən vurulmasını etiraf etməsindən sonra paytaxt Tehranla yanaşı İranın bir sıra şəhərlərində tələbələr etirazlara başlayıb.
Səfir yanvarın 12-də yazdığı twitt-də aksiyada qurbanlara hörmət əlaməti olaraq iştirak etdiyini bildirib.
İngiltərə Xarici İşlər Nazirliyi səfirin saxlanmasını "beynəlxalq hüququn kobud şəkildə pozulması" adlandırıb.
"Səfirimizin Tehranda əsassız və izahat olmadan tutulması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır..."
İran rəsmiləri hadisə ilə bağlı dərhal heç bir açıqlama verməyiblər. (AzadlıqRadiosu)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər