Almaniya polisi çeçen əsilli şübhəlilərlə bağlı ƏMƏLİYYAT KEÇİRDİ
Tarix: 14-01-2020, 22:37
Almaniya polisi ölkənin dörd vilayətində islamçı yaraqlı olmaqda şübhəli bilinənlərlə əlaqədar reydlər keçirib.v Polis bildirir ki, şübhəlilərin dövlətə qarşı ciddi zorakılıq aktı planlaşdırdığına dair iddialar var.
CivilAzerbaijan.com-un məlumatına görə, Almaniya Baş Prokurorluğu yanvarın 14-də bildirib ki, reydlər əslən çeçen olan islamçılarla əlaqədardır.
Polis reydlərinin Almaniya paytaxtı Berlində, Brandenburq torpağında, habelə Şimali Reyn Vestfaliya və Turingiya vilayətlərində keçirildiyi bildirilir.
Sözü gedən şübhəlilərin 23-28 yaşlarında olduqları deyilir. Bu da xəbər verilir ki, onlar “islamçı hücuma” hazırlaşırdılar.
Lakin polis bunu da bildirir ki, söhbət hələlik heç bir konkret hücumdan getmir.
Berlin prokurorluğu məlumat verir ki, həyəcan şübhəlilərdən birinin telefonundan sinaqoqun və ticarət mərkəzinin fotoları tapılandan sonra yaranıb.
Almaniya son illərdə islamçıların bir sıra hücumlarına məruz qalıb.
2016-cı ildə Berlindəki Milad yarmarkasına yük maşını ilə hücumda 12 nəfər həlak olmuşdu.
Hücumu edən tunisli qaçqın sonradan İtaliyada polis nəfəri tərəfindən güllələnmişdi.
Almaniyanın Federal Cinayət Axtarışı İdarəsi bildirir ki, Berlin son vaxtlarda radikal İslam motivli 9 mümkün hücumun qarşısını alıb. (AzadlıqRadiosu)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər