Trump Soleimaninin həyatının son anları haqda danışıb
Tarix: 20-01-2020, 12:57
ABŞ prezidenti Donald Trump Amerikanın Bağdadda İranın nüfuzlu hərbi komandiri Qasem Soleimaninin öldürülməsilə nəcitələnmiş dron hücumunun təfərrüatları haqda danışıb.
CivilAzerbaijan.com bildirir ki, Trump bu haqda açıqlamaları cümə günü axşam Floridadakı Mar-a-Laqo iqamətgahında Respublikaçılar Partiyasının seçki kampaniyası üçün maliyyə toplanması tədbirində verib.
CNN tele kanalı şənbə günü prezidentin yanvarın 3-də Bağdad aeroportunda keçirilən əməliyyatın detalları haqda danışdığı səs yazılarını yayımlayıb. ABŞ prezidenti əməliyyatı Ağ Evdən izləyib.
Yanvarın 3-də Qasem Soleimaninin Bağdad aeroportunda öldürülməsinə cavab olaraq İranın ABŞ-ın hərbi qüvvələrinin İraqda qərargahlandığı hərbi bazaya raket zərbələri endirməsi iki ölkə arasında gərginliyin daha da artmasına səbəb olub.
CNN səsləndirilən səs yazısında Trumpın Dövlət katibi Mayk Pompeonun dediyi kimi, Soleimaninin birbaşa təhlükə təşkil etməsi haqda bir söz söyləmədiyi haqda məlumat verib.
Trump “Soleimani bizim ölkəmiz haqda pis danışırdı” deyib.
Daha sonra isə Trump hərbçilərin ona hücumun gedişi ilə dediklərini təkrar edərək, mənzərəni təsvir edib.
“Onlar dedilər: Ser, onlar bir yerdədir. Ser, onların 2 dəqiqə 11 saniyəsi qalır. Onlar maşındadır. Onlar zirehli maşındadırlar. Onların təxminən 1 dəqiqə 11 saniyəsi qalır...30 saniyə, 10, 9, 8...Sonra birdən zərbə. Ser, onlar artıq yoxdur. Rabitə kəsildi.”
Bu, Trumpın göstərişi ilə keçirilən hücumun ən təfərrüatlı təsviridir. Demokratlar və başqa tənqidçilər Trumpın Senatda impiçment məhkəməsinə bir ay qalmış keçirilən hücumun vaxtı və administrasiyanın göstərdiyi səbəblərlə bağlı suallar qaldırıb. Trumpın hücum haqda göstərişi bir sıra qanunvericilər tərəfindən tənqid edilib, belə ki nə prezident, nə də onun müşavirləri Soleimaninin Amerikanın regionda təhlükəsizliyinə birbaşa hədə təşkil etdiyinə dair bəyanatlarını dəstəkləyə bilən informasiyasını ictimaiyyətə açıqlamayıb.
Trump ABŞ-ın hücumunun “dünyanı sarsıtdığını” etiraf edib, lakin Soleimaninin “minlərlə amerikalının” öldürülməsinə görə məsuliyyət daşıdığı üçün “ağır zərbə ilə vurulmağa layiq olduğunu” deyib. (AmerikanınSəsi)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər