Türkiyədə zəlzələ - ölən və yaralananlar var

Xəbərin çap versiyası
Tarix: 25-01-2020, 12:09
Türkiyədə zəlzələ - ölən və yaralananlar var


Türkiyə mediasının yaydığı xəbərlərə görə yanvarın 24-də ölkənin şərqindəki Elazığ vilayətində baş vermis 6.8 bal gücündə zəlzələdə azı 21 nəfər ölüb, 1030 nəfər isə yaralanaraq xəsarət alıb.

CivilAzerbaijan.com
bildirir ki, Türkiyə Fəlakət və Fövqəladə Vəziyyətlər İdarəsinin məlumatına görə zəlzələ yerli vaxtla saat 20:55-də Elazığın Sivrice rayonunda qeydə alınıb. Zəlzələnin yerin 6, 7 kilometr dərinliyində baş verdiyi bildirilir.

Zəlzələnin ilk zərbəsindən sonra 5.4-3.3 bal arasında olan ard zərbələri baş verib.

Sosial mediada yayılan xəbərlərə görə Elazığ şəhərində zəlzələ səbəbi ilə qaz sızması nəticəsində yanğınlar baş verib.

Türkiyədə zəlzələ - ölən və yaralananlar var


Azərbaycanın Türkiyədəki səfirliyindən verilən məlumata görə, hadisədən dərhal sonra qurulan "qaynar xətt”lə əlaqə saxlayan aidiyyəti üzrə hökumət qurumlarının təmsilçiləri və KİV nümayəndələri vəziyyətlə maraqlanıblar.

"Qaynar xətt”ə vətəndaş müraciəti olmayıb. Türkiyə tərəfindən zərərçəkənlər arasında Azərbaycan vətəndaşının olması barədə məlumat verilməyib: "Səfirlik mütəmadi qaydada Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) ilə əlaqə saxlayır. Gün ərzində bölgədə yaşayan və qeydiyyatda olan Azərbaycan vətəndaşlarının siyahısı hazırlanacaq".

"Qaynar xətt” zəlzələnin nəticələri tam şəkildə aydınlaşana qədər fəaliyyət göstərəcək. Əlaqə nömrəsi: 00905526792565.

Türkiyədə zəlzələ - ölən və yaralananlar var


Qeyd edək ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, yerli vaxtla saat 20:55-də baş verən yeraltı təkanın episentri Sivrice rayonunda qeydə alınıb.

Hadisə nəticəsində 20 nəfər ölüb, 1050 nəfər yaralanıb. Böyük həcmdə dağıntı var.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz