Koronavirusa görə İtaliyanın şimalında karantin rejimi ELAN OLUNUB

Xəbərin çap versiyası
Tarix: 8-03-2020, 16:08
Koronavirusa görə İtaliyanın şimalında karantin rejimi


İtaliya hökuməti koronavirus epidemiyasının qeydə alındığı ölkənin şimal bölgələrinin karantin rejiminə keçirildiyini elan edib. Bu bölgələrə giriş və çıxış faktiki olaraq bağlanacaq.

CivilAzerbaijan.com
bildirir ki, karantin zonası ümumilikdə azı 16 milyonluq əhalini əhatə edir.

Məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsini İtaliyanın Baş naziri Giuseppe Conte elan edib. Görüləcək tədbirlər nəticəsində karantin zonasına turistlər arasında məşhur olan Milan və Venesiya şəhərləri də düşəcək.

Conte-nin sözlərinə görə, söhbət yalnız bu regionlara daxil olmaq və çıxmaq qadağasından getmirŞ karantin zonasının özündə də hərəkət məhdudlaşdırılacaq.

Həmçinin muzeylər, dağ-xizək kurortları, hovuzlar, idman zalları, gecə klubları və kütləvi və ya mədəni tədbirlərin keçirildiyi digər yerlər də ağlanacaqdır.

Restoranlar və kafelər hələ ki, işi davam etdirəcəklər, lakin bir şərtlə ki, ziyarətçilər bir-birindən ən azı bir metr aralıda otursunlar.

Karantin zonasına düşmüş insanlara imkan daxilində küçəyə çıxmamaq tövsiyə olunur. Karantin rejiminin pozulmasına görə üç aya qədər həbs nəzərdə tutulur.

Karantin zonasında bütün idman tədbirləri tamaşaçı olmadan keçiriləcək. Məhdudiyyətlər ən azı 3 aprel tarixinə qədər davam edəcək. (BBC)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz