BMT-nin baş katibindən ikinci pandemiya ilə bağlı AÇIQLAMA
Tarix: 15-04-2020, 20:39
BMT-nin baş katibi Antonio Quterreş koronavirus pandemiyası ilə bağlı ABŞ-ın dediyi kimi, "təhlükəli məlumat yayma epidemiyası"nın qarşısını almaq üçün internet və sosial medianı faktlar və elmi məlumatlarla dolduracağını bildirib.
CivilAzerbaijan.com AmerikanınSəsi-nə istinadla bildirir ki, Quterreş xəstəlik ətrafında çox sayda yalanın, sağlamlıq haqqında yalnış tövsiyələrin və nəzəriyyələrin olduğunu və bütün bunların "həyatı riskə atan bir zəhər" olduğunu deyib.
"İkinci pandemiya yanlış məlumatlandırmadır", BMT-nin baş katibi bildirib.
O eləcə də, pandemiyaya yoluxanları ləkələyən və təhqir edən insanlara qarşı da fikrini bildirib və yanlış məlumatları, sosial mediada yayımlanan xəbərlərlə bağlı faktları araşdıran jurnalistlərə və bunu edən digər şəxslərə təşəkkür edib.
"Yalan və cəfəngiyyatları birlikdə rədd edək. Sağlam düşüncə və ortaq faktlarla COVID-19-u məğlub edə bilər və birlikdə daha sağlam, daha ədalətli bir dünya qura bilərik" - deyə, Quttereş bildirib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər