ABŞ prezidenti Joe Bidendən Aleksey Navalnı ilə bağlı AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 5-02-2021, 15:14
ABŞ prezidenti Joe Bidendən Aleksey Navalnı ilə bağlı


"Rusiyada həbs olunan müxalif siyasətçi Aleksey Navalnı dərhal azad olunmalıdır".

CivilAzerbaijan.com
bildirir ki, "Radio Svoboda"nın fevralın 5-də verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Joe Biden Dövlət Departamentinin əməkdaşları ilə görüşündə səsləndirib.

Biden Rusiya prezidenti Vladimir Putinlə bu yaxınlarda baş tutan telefon danışığını xatırladıb. Onun sözlərinə görə, söhbət zamanı o bildirib ki, Birləşmiş Ştatların Rusiyanın aqressiv hərəkətlərinə göz yumduğu dövr artıq arxada qalıb.

Biden görüş iştirakçılarına bildirib ki, Moskva hələ də Amerika demokratiyasına zərər vurmaq niyyətində qətiyyətlidir. “Biz öz partnyorlarımızla koordinasiyalı şəkildə hərəkət etsək, Rusiyaya qarşı daha effektli duruş gətirə bilərik”, - deyə prezident əlavə edib.

Amerika lideri bildirib ki, o, Vaşinqtonun beynəlxalq birliklə sıx əməkdaşlığını bərpa etmək niyyətindədir.

Navalnı ilə bağlı məsələ ABŞ-ın Dövlət Katibi Entoni Blinken və Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov arasındakı telefon danışığı zamanı da müzakirə edilib. Lavrov amerikalı həmkarını Rusiya qanunlarına hörmət etməyə çağırıb. Eyni zamanda XİN rəhbəri Moskvanın Vaşinqtonla münasibətləri normallaşdırmağa hazır olduğunu söyləyib.

Daha əvvəl Demokratar və Respublikaçılar Partiyasından olan bir qrup senator “Qərəzli davranışna görə Rusiyanın məsuliyyətə cəlb olunması haqqında” qanun layihəsini ABŞ Konqressinə təqdim ediblər. Sənəddə həm də Navalnının zəhərlənməsinə və Rusiyada “Noviçok” maddəsinin istehsalına aidiyyatı olan rəsmi şəxslərə qarşı ünvanlı sanksiyaların tətbiqi nəzərdə tutulur.

Toplum.TV-nin məlumatında qeyd olunur ki, Rusiya hökuməti Navalnının zəhərlənməsində rolunun olması barədə iddiaları inkar edir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz