Baş nazir Nikol Paşinyanla Araik Arutyunyan görüşdü - SƏBƏB
Tarix: 9-02-2021, 22:01
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ separatçılarının lideri Araik Arutyunyanla görüşüb.
CivilAzerbaijan.com bildirir ki, AzadlıqRadiosunun Erməni xidməti Azatutyunun məlumatına görə, onlar “Qarabağda iri infrastruktur layihələrinin həyata keçirilməsi” məsələlərini müzakirə ediblər.
Bu barədə məlumatı özünün Facebook səhifəsində baş nazirin mətbuat katibi Mane Gevorkyan yayıb. Mətbuat katibinin “müşavirə” adlandırdığı bu görüşdə Ermənistan hökuməti nümayəndələrinin iştirak etdiyi bildirilir.
Gevorkyan yazır ki, Yerevanda keçirilən görüşdə “qarşıda duran proqramlar, onların maliyyələşdirilməsi üçün növbəti addımlar müzakirə edilib.
Azatutyun bunu da xəbər verir ki, fevralın 8 və 9-da Qarabağda meyitlərin axtarışı olmayıb. Buna səbəb kimi Azərbaycan ordusunda növbə dəyişməsinin keçirildiyi göstərilir.
Fevralın 8-də isə Rusiya sülhməramlıları növbə dəyişməsi keçiriblər.
Fevralın 8-ə olan məlumata görə indiyədək erməni tərəfi Qarabağda 1367 meyit aşkar edib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər