Gürcüstanın Avropa ilə vizasız rejimi bu səbəbdən ləğv oluna bilər

Xəbərin çap versiyası
Tarix: 10-02-2021, 21:35
Gürcüstanın Avropa ilə vizasız rejimi bu səbəbdən ləğv oluna bilər


Avropa boyunca İtaliya, Fransa, Polşa, Belçika, Sloveniya və Yunanıstan hüquq-mühafizə orqanlarının genişmiqyaslı “Qanuni oğru” və “Bratva-35” əməliyyatlarının gedişində Gürcüstandan olan 45 nəfər həbs edilib.

CivilAzerbaijan.com
bildirir ki, həbs edilənlərin hamısı ev oğurluğunda və çirkli pulların yuyulmasında şübhəli bilinir.

Gürcüstan Daxili İşlər Nazirliyi bildirir ki, əməliyyat bu ölkənin Avropa dövlətlərindəki “polis attaşelərinin” bilavasitə iştirakilə həyata keçirilib. Tbilisidən verilən bəyanatda bu əməliyyatlar “gürcü kriminal dəstələrinə qarşı tədbir” adlandırılır.

Gürcüstan DİN bildirir ki, son bir neçə il ərzində Avropa İttifaqında oturuşmuş cinayətkarlar barədə bütün məlumatı Brüsselə veriblər. Bura onların barmaq izləri, fotoşəkilləri və sair məlumatlar da daxildir.

Avropanın səbri tükənir

AzadlıqRadiosu yazır ki, Gürcüstan bu ölkənin kriminal elementləri barədə məlumatları vaxtaşırı Avropa İttifaqı orqanlarına təqdim edir. Bu da qeyd olunur ki, Gürcüstan əsilli şəxslər Avropa İttifaqı ölkələrində əsasən ev oğurluğu ilə məşğul olurlar.

Tbilisi Gürcüstan vətəndaşları ilə bağlı problemlərin bu ölkənin Avropa İttifaqı ilə “vizasız gediş-gəliş rejiminin” ləğv olunması ilə nəticələnə biləcəyindən narahatdırlar.

Belə bir addımın atılması barədə təşəbbüslə indiyədək Fransa, İtaliya və Almaniyanın daxili işlər orqanları çıxış ediblər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz