Türkiyə Avropa İttifaqının qaçqınlarla bağlı müqaviləni yenidən nəzərdən keçirməsini istəyir
Tarix: 17-03-2021, 11:58
Beş illik müqaviləyə əsasən Türkiyənin sahil mühafizəçiləri milyardlarla avro qarşılığında suriyalı qaçqınlara ev sahibliyi etmək üçün Avropanın sərhədlərini qoruyub.
CivilAzerbaijan.com bildirir ki, bu, həm də Türkiyənin Avropa ilə əlaqələrində son təsir mexanizmlərindən biridir. İqtisadiyyat və Xarici Siyasət Araşdırmaları Mərkəzindən Sinan Ülgen: "Qaçqın müqaviləsi Türkiyə Avropa İttifaqı münasibətlərində görə bildiyimiz yeganə real və müsbət haldır və məhz buna görə də bu, əlaqələrdə ən vacib komponent olaraq qalır."
Lakin ortada qalan qaçqınlara görə razılıqla bağlı gərginlik yaranıb. Ankara Afinanı qaçqınların Türkiyəyə qanunsuz qaytarılmasında günahlandırır, Yunanıstan bu ittihamı rədd edir.
Keçən il Avropa İttifaqını müqavilənin şərtlərini pozmaqda ittiham edən Türkiyə Yunanıstanla sərhədini müvəqqəti olaraq miqrantlara açdı. İndi Ankara razılaşmanın yenidən nəzərdən keçirilməsini istəyir. Türkiyə Xarici Siyasət İnstitutunun direktoru Hüseyin Bağçı: "Avropa İttifaqı Türkiyənin gözlədiyi vədləri yerinə yetirmədiyi üçün Türkiyə əvvəldən bəri müqavilədən razı deyildi."
Ankara Avropa İttifaqı fondlarının suriyalıların təhsil və sağlamlığını təmin etmək kimi xərcləri artırmasını tələb edir.
Ankara Avropa İttifaqı vətəndaşları üçün vizasız səyahət vədinin də yerinə yetirilmədiyini deyir. Lakin qaçqınlarla bağlı razılaşma Ankaraya vacib olan diplomatik müdafiəni təmin edir. Duvar Xəbər Portalı-dan Süzin Öney: “İnsan haqları məsələlər və ya iqtisadiyyatla əlaqədar digər məsələlər və s. Türkiyənin, məsələn, sanksiya şəklində qarşılaşa biləcəyi bu cür təzyiqlər, müəyyən mənada qaçqın problemi səbəbindən göstərilmir. Beləliklə, Avropa ölkələri Ankaraya hər hansı təzyiq və və ya hər hansı bir təsir vasitəsindən məhrumdur.”
Tənqidçilər Avropa İttifaqını insan haqlarının vəziyyəti ilə əlaqədar Ankaraya qarşı hər hansı sərt mövqe tutmamaqda günahlandırır.
Avropa İttifaqına bəzi üzv ölkələrin Türkiyəyə qarşı sərt sanksiyalar çağırışlarının bu ay keçiriləcək sammitdə eşidiləcəyinə dair ümidi çox azdır. Lakin son zamanlar Türkiyədə suriyalı qaçqınlarla bağlı narazılığın artdığını göstərən son rəy sorğuları nəzərə alınsa, Türkiyə hökuməti qaçqınlarla bağlı müqaviləyə görə ağır siyasi bədəl ödəyə bilər, Amerikanın Səsinin məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər