Bu ölkə əhalinin vaksinasiyasını başa çatdırdı
Tarix: 19-03-2021, 15:38
Cəbəllütariq dünyada əhalinin koronavirusa qarşı vaksinasiyasını başa çatdıran ilk ölkə olub.
CivilAzerbaijan.com bildirir ki, bu barədə martın 19-da "Reuters" agentliyi Böyük Britaniyanın Səhiyyə Nazirliyinə istinadən məlumat verib.
Cəbəllütariqin rəsmi əhalisinin sayı təxminən 34 min nəfərdir. Böyük Britaniyanın sahilyan regionuna daxil olan ərazi üzərində İspaniya mübahisə aparır.
Toplum Tv-nin məlumatında qeyd olunur ki, Böyük Britaniya isə hazırda Avropada əhalinin vaksinasiyasını ən intensiv şəkildə həyata keçirən ölkədir. İndiyəcən ölkədə 25 milyon insan peyvənd olunub.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər