Erdoğan Avropa rəhbərlərini qəbul edib
Tarix: 7-04-2021, 12:20
Türkiyə prezidenti Recep Tayyip Erdoğan (ortada) aprelin 6-da Ankarada Avropa Komissiyasının rəhbəri xanım Ursula von der Leyeni və Avropa Şurasının prezidenti Şarl Mişeli qəbul edib
Rəsmilərin fikrincə, proqres Erdoğanın münasibətlərdə “yeni səhifə açmaq”la bağlı dəfələrlə dilə gətirdiyi niyyətinə necə əməl edəcəyindən asılıdır. Avropa Komissiyasının rəhbəri bəyan edib ki, Türkiyəyə onun sığınacaq verdiyi qaçqınlarla bağlı yeni maliyyə təklifi veriləcək.
CivilAzerbaijan.com vurğulayır ki, Ursula von der Leyen bununla yanaşı vurğulayıb ki, Ankara insan haqlarına və qanunun aliliyinə ehtiram göstərməlidir.
Avropa Komissiyasının başçısı aprelin 6-da Türkiyə prezidenti Recep Tayyip Erdoğanla görüşünün ardınca bildirib ki, Avropa qaçqınlarla bağlı maliyyə öhdəliklərinə sadiq qalır, lakin insan haqları məsələsi mütləq prioritetdir və “müzakirə mövzusu ola bilməz”.
Türkiyə əksəriyyəti Suriyadan olan 4 milyonadək qaçqına sığınacaq verib.
Ankara və Avropa İttifaqı arasında 2016-cı ildə əldə olunmuş razılaşmaya əsasən Türkiyə Avropadan alacağı pul vəsaiti müqabilində qitəyə miqrant axınının qarşısını almalıdır.
Ursula von der Leyen Avropa Şurasının prezidenti Şarl Mişellə birgə keçirdiyi mətbuat konfransında deyib ki, komissiya tezliklə Türkiyəyə yeni maliyyə təklifi edəcək.
Von der Leyen əlavə edib ki, Türkiyə qanunun aliliyinə və Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına hörmətlə yanaşmalıdır.
O habelə vurğulayıb ki, Türkiyənin qadınların hüquqlarını qoruyan İstanbul Konvensiyasından çıxması düzgün istiqamətdə atılmış addım deyil.
Azadlıq Radiosunun məlumatına görə, Mişel deyib ki, Avropa İttifaqı şərqi Aralıq hövzəsində çoxdan davam edən sərhəd mübahisəsinin çözümü üçün Türkiyə və Yunanıstan arasında danışıqların bərpa olunmasını dəstəkləyir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər