Ermənistan 10 noyabr və 11 yanvar sazişlərindən imtina edir?

Xəbərin çap versiyası
Tarix: 1-06-2021, 17:52
Ermənistan 10 noyabr və 11 yanvar sazişlərindən imtina edir?


"Ermənistan regionda kommunikasiyaların bərpa edilməsi üzrə üçtərəfli komissiyanın (Azərbaycan-Ermənistan-Rusiya) işində iştirakını dayandırır". Bu barədə Yerevanda Ermənistan hökumət başçısının müavini Mqer Qriqoryan jurnalistlərə bildirib.

CivilAzerbaijan.com
bildirir ki, o bu qərarı erməni əsirlər probleminin həll edilməməsi və Azərbaycanın “təcavüzü” ilə izah edib.

“Sərhəddə hazırki vəziyyətdə bu platformada konstruktiv işin mümkün olduğunu düşünmürəm. Buna görə əlaqələr kəsilib”, deyən baş nazir müavini əlaqələrin “Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisinə daxil olmasından sonra” kəsildiyini qeyd edib.

Zəngəzur dəhlizi mövzusuna toxunan Qriqoryanın sözlərindən aydın olub ki, Yerevan Azərbaycan prezidentinin bu termindən istifadə etməsinə həddindən artıq qəzəblənib.

“Ermənistan tərəfi dəhliz məntiqi məsələlərini müzakirə etməyib, etməyəcək də. Dəhliz dedikdə bəziləri nəqliyyat marşrutlarını nəzərdə tuturlarsa, bu, ayrı məsələdir, amma bu sözün altında suverenliklə bağlı hər hansı başqa hallar nəzərdə tutulursa, bu cür müzakirələr istisna edilir”, deyə o bildirib.

Xatırladaq ki, regionda kommunikasiyaların, xüsusən Azərbaycanın quru hissəsi ilə Naxçıvan arasında quru əlaqəsinin açılması məsələsi Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatında əksini tapıb.

Turanın məlumatına görə, 11 yanvar 2021-ci il tarixində bu ölkələrin liderləri kommunikasiyaların, xüsusən də Naxçıvanla avtomobil və dəmir yolu əlaqəsinin açılması məsələlərini həll edəcək üçtərəfli komissiya yaradılmasını nəzərdə tutan yeni sənəd imzalayıblar.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz