Fransada Məhəmməd Mirzəliyə növbəti dəfə hücum olub

Xəbərin çap versiyası
Tarix: 3-06-2021, 13:13
Fransada Məhəmməd Mirzəliyə növbəti dəfə hücum olub


Fransada yaşayan bloger Məhəmməd Mirzəliyə qarşı növbəti hücum olub. Onun minik avtomobilini dağıdıblar, avtomobilinin kabinəsinə yazılı mesaj atıblar ki, “səni sağ buraxmayacağıq”. Bloger evini və özünü güdən şəxsin fotosunu çəkə bilib.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə “Azadlıq” qəzeti facebook səhifəsində məlumat yayıb.

Xatırladaq ki, bundan öncə, bu il martın 14-də Məhəmməd Mirzəliyə soyuq silahla hücum olub.

Mirzəli bildirib ki, bir neçə şəxs ona bıçaqlarla zərbələr endirib.

“Onlar 5-6 nəfər idi. İdmançı görünüşləri var idi. Günorta saatlarında yol ilə getdiyim zaman hücum etdilər. Barmaqlarımı bir-bir doğradılar. Əllərimi, qıçımı, boynumu, bədənimin hər yerini doğradılar. Polisə zəng etdim. Polis gələnə qədər aradan çıxdılar. Polis qabaqcadan məni xəbərdar etmişdi. Amma günorta saatlarında hava almaq üçün evdən çıxmışdım”, deyə Mirzəli sosial şəbəkələrdə yayılan video görüntüsündə bildirir.

O, Azərbaycan hakimiyyətindən şübhələndiyini bildirir.

Məhəmməd Mirzəli sosial şəbəkələrdə Azərbaycanın hakimiyyət rəsmilərinin və onların ailə üzvlərinin ünvanına sərt nalayiq ifadələr yer alan video-monoloqları ilə tanınır. Üç il əvvəl onun atasına və digər qohumlarına təzyiqlər edildiyi bildirilir. Siyasi mühacirin bacısının həyat yoldaşı 2018-ci ildə saxlanılıb. Bu il martın əvvəllərində isə bacısının şəxsi həyatı ilə bağlı video yayılıb.

Rəsmi Bakı siyasi mühacirə hücumla bağlı hələ münasibət bildirməyib.

Turanın məlumatına görə, Məhəmməd Mirzəli ölkəni 2016-cı ilin yanvarında tərk edib, hazırda müstəqil video-bloger kimi fəaliyyət göstərdiyi bildirilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz