Araik Arutyunyandan Qarabağın müstəqilliyi haqqında AÇIQLAMA
Tarix: 3-06-2021, 18:02
"Rusiya, onun ordusu olmadan regionda uzunmüddətli sülhü və sabitliyi təmin etmək olmaz".
CivilAzarbaijan.com bildirir ki, bu barədə cümə axşamı Qarabağ separatçılarının lideri Araik Arutyunyan Qırmızı Bazar qəsəbəsinin sakinləri ilə görüşündə bildirib.
Onun sözlərinə görə, Rusiya sülhməramlılarının iştirakı ermənilərin Qarabağda qalmasının zəmanətidir.
Eyni zamanda, Arutyunyan əlavə edib ki, Dağlıq Qarabağ öz müstəqilliyi uğrunda mübarizəni davam etdirəcək, müstəqilliyin alternativi yoxdur.
Turanın mlumatına görə, o, Qarabağın Azərbaycanın tərkibində qalmasını istisna edib, xalqın heç vaxt buna imkan verməyəcəyini qeyd edib. “Müstəqillik uğrunda mübarizə davam edir. Bu, uzun prosesdir, amma biz məqsədimizə nail olacağıq”, deyə Arutyunyan bildirib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər