Sergey Lavrovdan Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 9-06-2021, 12:55
Sergey Lavrovdan Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı


"Azərbaycan-Ermənistan sərhədində baş verənlərin Dağlıq Qarabağa heç bir aidiyyatı yoxdur".

CivilAzerbaijan.com
bildirir ki, TASS-ın məlumatına görə, bunu iyunun 9-da Rusiyanın xarici işlər naziri bölgədə baş verənlərə münasibət bildirərkən deyib.

"Sülhməramlılarımız Dağlıq Qarabağda öz mandatlarını icra edirlər. Ümumiyyətlə, burada böyük insident qeydə alınmayıb. Bunu Bakı da, Yerevan da etiraf edir. Baş verən xırda hadisələr çox qısa müddətdə aradan qaldırılır. Düzdür, Azərbaycan-Ermənistan sərhədinin müxtəlif məntəqələrində gərginlik var. Amma bunun Dağlıq Qarabağa aidiyyatı yoxdur”, - deyə Rusiyanın XİN rəhbəri bildirib.

Lavrov ölkəsinin Dağlıq Qarabağda dinc həyatın bərpa olunmasına yardım göstərdiyini deyib.

"Dağlıq Qarabağda qan tökülməsinin qarşısını aldıqdan sonra biz dinc həyatın bərpa olunmasına yardım edirik. Hər zaman ehtiyacı olanlara kömək etməyə hazırıq. Bu, bizim tarixi missiyamızdır”, - deyə Rusiyanın baş diplomatı vurğulayıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz