İranın yeni prezidenti kimdir? - DOSYE

Xəbərin çap versiyası
Tarix: 19-06-2021, 13:28
İranın yeni prezidenti kimdir? -


İran İslam Respublikasında iyunun 18-də keçirilən prezident seçkilərinin qalibi məlum olub.

CivilAzerbaijan.com
bildirir ki, məhkəmə hakimiyyətinin rəhbəri, 60 yaşlı İbrahim Rəisinin 28,6 milyon seçicidən 17,6 milyonun səsini alaraq qalib olduğu elan olunub.

Ölkənin hazırki prezidenti Həsən Ruhani artıq Raisini təbrik edib və qeyd edib ki, 45 gün sonra səlahiyyətlərini ona təhvil verəcək.

Seyid İbrahim Rəisus-Sadat 1960-cı ildə İranın Məşhəd şəhərinin Noğan məhəlləsində anadan olub. İbtidai məktəbi bitirdikdən sonra Qum elmi hövzəsində təhsilə başlayıb. O, həmçinin Şəhid Mütəhhəri adına universitetdə fiqh və hüquq fakultəsinin doktoranturasını da bitirib.

Rəisi 20 yaşında Kərəc şəhərində prokuror vəzifəsində çalışıb. Daha sonra Həmədanın prokuroru olub. 25 yaşında Tehrana köçən Rəisi paytaxtda baş müstəntiq əvəzi işləyib.

Ayətullah Seyid Əli Xamneyi İranın ali dini lideri olduqdan sonra İbrahim Rəisi Tehranın Baş prokurou vəzifəsinə təyinat alıb. 1994-cu ildə ölkənin müfəttişlik təşkilatının müdiri seçilib. O, 10 il bu vəzifədə təmsil olunub.

2004-2014-cü illərdə İranın Ədliyyə Qüvvəsinin birinci müavini və 2014-2015-ci illərdə isə ölkənin baş prokuroru postunda fəaliyyət göstərib. 2015-ci ildən etibarən Xameneyi tərəfindən özəl məhkəmənin rəhbəri təyin olunub.

İbrahim Rəisi Mübariz Ruhanilər Cəmiyyətinin üzvü olmaqla yanaşı, Xobreqan Məclisinin (Ekspertlər Şurası) İdarə Heyətində yer alır.

Yeni prezident həm də Xameneyinin Məşhəd şəhərində nümayəndəsidir. O, eyni zamanda Məşhədin imam-cüməsi Ayətullah Aləmulhudanın kürəkənidir.
Rəisi həmçinin şiələrin 8-ci imamı Əli ibn Musanın (İmam Rza) Məşhəd şəhərindəki məqbərəsinə məsuldur.

İbrahim Rəisi Ayətullah Behişti, Ayətullah Mütəhhəri, Ayətullah Xameneyi, Ayətullah Meşkini, Ayətullah Nuri Həmədani, Ayətullah Fazil Lənkərani, Ayətullah Əbulqasim Xəzəli, Ayətullah Müctəba Tehrani, Ayətullah Mərəşi Nəcəfi, Ayətullah Duzduzani, Ayətullah Seyid Mühəqqiq Damad və Ayətullah Seyid Mahmud Şahrudin kimi ruhanilərdən dərs alıb.

Bəzi iddialara görə, İbrahim Rəisi Ayətullah Behişti tərəfindən kadr olaraq yetişdirilib. İslam İnqilabının ilk illərində Ayətullahlar Behişti, Xameneyi və Mütəhhəri 70 nəfərlik heyət yaradaraq onları kadr kimi hazılayıblar. Bu heyətdə İbrahim Rəisi də olub. Təsadüfi deyil ki, İbrahim Rəisi həm də İranın növbəti ali dini lideri kimi görülür.

Vaşinqtondakı Demokratiyanı Müdafiə Fondunun İran üzrə təhlilçi Behnam Ben Taleblu mətbuata açıqlamasında deyib ki, Rəisinin əvvəllər insan haqlarının pozulması hallarında iştirakı onu Qərb üçün problemli bir prezidentə çevirə bilər:

“Təəssüf ki, o, 1980-ci illərin sonlarında Ayətullah Xomeyninin Tehranda beş min siyasi məhbusun ölümünə səbəb olan qətl fərmanını həyata keçirən qondarma ölüm komissiyası ilə əlaqədar alçaldıcı səhvləri ilə tanınır”, - o bildirib.

Londondakı “Chatham House” araşdırma mərkəzinin Yaxın Şərq və Şimali Afrika proqramı rəhbərinin müavini Sanam Vakil isə hesab edir ki, 2019-cu ilin noyabırında artan neft qiymətləri ilə bağlı etirazların da amansızlıqla yatırılması bu seçkilərə təsir göstərib. Onun fikincə, sadə vətəndaşlar bu hadisələrdən sonra səs verməyə meylli deyil.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz