Avropa Birliyindən Belarusa YENİ SANKSİYALAR

Xəbərin çap versiyası
Tarix: 24-06-2021, 17:58
Avropa Birliyindən Belarusa


Avropa Birliyi Belarus iqtisadiyyatının əsas sektorları və avtoritar lider Alyaksandr Lukaşenka rejiminin böyük gəlir mənbələrinə sanksiyalar açıqlayıb.

CivilAzerbaijan.com
bildirir ki, Potaş gübrə ixracı, tütün sənayesi, neft, neft-kimya məhsulları sanksiyalara məruz qalacaq. Bu addım ötən ay Ryanair təyyarəsinin Minskə məcbur endirilməsi, dissident jurnalist və sevgilisinin həbsindən sonra atılıb.

İnsan haqları pozuntularına qarşı

İyunun 24-də yeni məhdudlaşdırıcı tədbirlər “Belarusda ciddi insan haqları pozuntuları və vətəndaş cəmiyyətinə, demokratik müxalifət və jurnalistlərə zorakı repressiya, eləcə də mayın 23-də Ryanair təyyarəsinin Minskə zorla endirilməsi, jurnalist Raman Prataseviç və Sofiya Sapeqanın saxlanmasına cavab olaraq” açıqlanıb. AB Şurası bu gün yaydığı bəyanatında belə deyir.

Ötən ilin avqustunda mübahisəli prezident seçkisindən sonra etirazlara divan tutulması Lukaşenka rejiminə beynəlxalq təzyiqi artırıb.

Etirazçılar seçkinin saxtalaşdırıldığını deyir. AB, Birləşmiş Ştatlar, digər ölkələr seçkinin rəsmi nəticələrini, Lukaşenkanı prezident kimi tanımır.

Sanksiyalarda nə var?


Bu həftənin əvvəlində AB-nin xarici işlər nazirləri Belarusa qarşı yeni sanksiyalara start veriblər. Həmin sanksiyalarda Belarusda istənilən şəxsə internet və telefon kommunikasıyasının monitorinqi üçün avadanlıq, texnologiya və proqram satışı qadağan olunur.

Azadlıq Radiosunun məlumatına görə, yeni sanksiyalar silah, neft məhsulları, potaş gübrələri, tütün məhsullarının istehsalında istifadə olunan malların ticarətini məhdudlaşdırır.

Belarus hökumətinin AB-nin maliyyə bazarlarına çıxışına maliyyə sanksiyaları tətbiq olunur. İndiyədək Avropa Birliyi, Birləşmiş Ştatlar, Britaniya və Kanada Ryanair təyyarəsinə görə Belarusa bir sıra sanksiyalar tətbiq ediblər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz