Qırmızı Xaçdan Qarabağdakı missiyası ilə bağlı AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 30-06-2021, 14:38
Qırmızı Xaçdan Qarabağdakı missiyası ilə bağlı

Mənbə: 24heures.ch

Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer Moskvanın "İzvestiya" qəzetinə müsahibə verib.

CivilAzerbaijan.com
bildirir ki, Peter Maurer Qırmızı Xaçın Dağlıq Qarabağda öz missiyasının maliyyələşdirilməsini bu il beş dəfə artıraraq 50 milyon dollara çatdırdığını söyləyib..

Komitə həmçinin Bakı və Yerevan arasında hərbi əsirlərin mübadiləsinə kömək etməyə hazırdır, lakin saxlanılan şəxslərin statusu ilə bağlı mübahisəni Azərbaycan və Ermənistan özləri həll etməlidirlər.

"Hazırda büdcəmiz 27 il öncə olduğundan təxminən dörd-beş dəfə çoxdur. Əvvəllər büdcəmiz təxminən 10-11 milyon dollar təşkil edirdi. İndi isə 50 milyon dollara yaxınlaşırıq və regionda öz iştirakımızı xeyli genişləndirmişik. Biz məcburi köçkünlərə, geri qayıdan adamlara kömək edirik. Hər iki tərəfdən məhbuslara baş çəkmək və onların ailələrilə əlaqələrin bərpasında iştirak ilə bağlı işlər də vacib olaraq qalır", - o deyib.

“Hərbi əsirlərin mübadiləsi prosesi necə keçir?”

Bu sualın cavabında Maurer deyib ki, irəliləyiş əldə edilib, əsirlər evlərinə qayıdırlar, amma "hələ də bəzi məhbuslarla bağlı mübahisələr gedir: onlar hərbi əsirlər hesab olunurmu, onların statusu necədir və onlar qayıda bilərmi?"

"Qırmızı Xaç Azərbaycanda təxribatçı adlandırılanlara baş çəkirmi?"

Bu suala Maurer belə cavab verib: "Bəli, Qırmızı Xaçın məhbuslara birbaşa çıxışı var. Azərbaycan hökuməti bizə məlumat verdi ki, statusla (saxlanılanların) bağlı Ermənistan tərəfilə fikir ayrılığı var. Bu problemi Bakı və Yerevan öz aralarında həll etməlidirlər. Biz öz təcrübəmizi bölüşə bilərik, nəsə məsləhət verə bilərik, lakin müvafiq hökumətlər statusu özləri müəyyənləşdirməli və yekun rəy verməlidirlər".

“Azərbaycanda ermənilər hansı şəraitdə saxlanılır?”

Turanın məlumatına görə, Komitə rəhbəri suala cavab verməkdən imtina edib: "Biz buna açıq qiymət vermirik. Biz adamların saxlanma şəraitini qiymətləndirmək üçün baş çəkirik. Ancaq bildiyiniz kimi, bu, komitə üçün məxfi prosesdir. Biz müvafiq hakimiyyətlərə öz iradlarımızı bildirmək üçün regionda bütün hakimiyyətlərlə qarşılıqlı əlaqə saxlayırıq və hələlik bundan artıq bir şey deyə bilmərəm”.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz