Sergey Lavrov Ərdoğanın Şuşa səfərinə münasibət bildirdi
Tarix: 1-07-2021, 12:09
İyunun 30-da Antalya səhərində Türkiyə və Rusiyanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında görüş olub.
CivilAzerbaijan.com bildirir ki, nazirlər görüşdən sonra mətbuat konfransı keçiriblər.
Mətbuat konfransı zamanı jurnalistlərdən biri Lavrova “Siz Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsindəki rolunu, həmçinin Şuşaya bu yaxınlardakı səfəri necə qiymətləndirirsiniz?” - deyə sual verib
Rusiyanın xarici işlər naziri suala cavabında deyib:
“Ərdoğanın Azərbaycana səfəri iki dövlət arasında ikitərəfli münasibətlər çərçivəsində həyata keçirilən səfərdir... Biz bu gün Mövlud Çavuşoğlu ilə burada qərara gəldik ki, hər birimiz öz imkanlarımızdan istifadə edərək Ermənistan və Azərbaycan arasında sülhün quruculuğu və münasibətlərin normallaşması, ermənilərin və azərbaycanlıların və ya başqa millətlərin bu torpaqlarda xeyirxah qonşu kimi yanaşı yaşaması üçün kömək etməliyik”, TASS-ın xəbərində qeyd olunur.
Onun sözlərinə görə, həm Rusiya, həm də Türkiyə münaqişə bölgəsində sülh və əmin-amanlığın bərpa edilməsində maraqlıdırlar.
Lavrov bildirib ki, həm Moskva, həm də Ankara Yerevan və Bakı arasında etimadın yaranması üçün praktiki məsələlərin koordinasiyanı davam etdirirlər.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər