Entoni Blinken Nikol Paşinyana zəng edib - SƏBƏB
Tarix: 15-07-2021, 13:18
İyulun 14-də Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
CivilAzerbaijan.com bildirir ki, AzadlıqRadiosunun Erməni xidməti Azatutyun baş nazirin ofisinə istinadən yazır ki, Blinken Paşinyanı Ermənistanda keçirilmiş 20 iyun parlament seçkisində hakim Vətəndaş Müqaviləsi partiyasının qələbəsi münasibətilə təbrik edib.
ABŞ dövlət katibi habelə “son illərdə Ermənistanda demokratik nailiyyətlərin əldə olunması istiqamətində hökumətin atdığı addımları” qeyd edib.
Blinken Paşinyanın seçkiqabağı gərginliyin dinc şəkildə aradan qaldırılması üçün göstərdiyi səyləri təqdir etdiyini bildirib.
Dövlət katibi söhbət zamanı Ermənistan hökumətinin, o cümlədən korrupsiyaya qarşı mübarizə və ədliyyə sistemində apardığı islahatların vacibliyinə diqqət çəkib.
Blinken deyib ki, ABŞ bu istiqamətdə Ermənistana dəstəyini davam etdirməyə hazırdır.
Yerevan polisi
O bunu da vurğulayıb ki, iki ölkə arasında partnyorluq demokratik dəyərlər əsasında qurulub.
Nikol Paşinyan Blinkenə təbrikə və hökumətin işinə dəyər verdiyinə görə təşəkkürünü bildirib.
Baş nazir əvəzi Birləşmiş Ştatlara Ermənistanda demokratik təsisatların və qanunun aliliyinin möhkəmləndirilməsində, habelə Yerevanda polis patrul xidmətinin işə başlamasında verdiyi dəstəyə görə də təşəkkür edib.
Paşinyan deyib ki, gələcəkdə patrul xidməti bütün ölkə boyunca tətbiq olunacaq. O ümid etdiyini bildirib ki, Vaşinqton bu prosesin başa çatdırılmasında da Yerevana dəstək verəcək.
Ermənistan baş nazirinin əvəzi ABŞ dövlət katibinin müavini Filip Rikerin bir ay bundan əvvəl əsirlərin Azərbaycandan Ermənistana qaytarılması üçün səylərinə görə minnətdarlıq edib.
Minsk qrupu söhbəti
Azatutyun yazır ki, söhbət zamanı regionda sabitliyin bərqərar edilməsi üçün əsirlərin qaytarılması və Azərbaycan qüvvələrinin Ermənistan ərazisindən çıxarılmasının mühümlüyü qeyd olunub.
Blinken deyib ki, Birləşmiş Ştatlar bütün əsirlərin qaytarılması istiqamətində səylərini davam etdirəcək.
Azatutyun yazır ki, telefon söhbətində Dağlıq Qarabağ münaqişəsi tənzimləməsinə də toxunulub.
Dövlət katibi bu prosesdə ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinin bərpa olunmasının vacibliyini vurğulayıb. Blinken bildirib ki, Minsk qrupu münaqişənin dayanıqlı və uzunmüddətli həlli üçün dəqiq gündəliyə malik olmalıdır.
Nikol Paşinyan söhbət zamanı bildirib ki, münaqişə tənzimlənməyib və burada hərtərəfli həll tələb olunur. Paşinyanın sözlərinə görə bu, yalnız Minsk qrupu həmsədrlərinin çərçivəsində həllini tapa bilər.
Blinken status quo-nun sabit ola bilməyəcəyinə dair Painyanın fikrinə şərik olduğunu deyib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər