Müxalif fəal Kiyevdə "asılmış" vəziyyətdə tapılıb - FOTO

Xəbərin çap versiyası
Tarix: 3-08-2021, 12:30


Ukrayna polisi avqustun 3-də belaruslu fəal Vital Şişounun Kiyevdəki evinin yaxınlığında ölü tapıldığını və şübhəli qətl ittihamı üzrə cinayət işi açıldığını bildirib. “Dünən Kiyevdə itkin düşmüş belaruslu Vitali Şişov bu gün Kiyev parklarının birində, yaşayış yerinin yaxınlığında asılmış vəziyyətdə tapılıb”, – polisin bəyanatında deyilir.

CivilAzerbaijan.com
bildirir ki, polis bütün ehtimalların, o cümlədən intihar adıyla ört-basdır edilən qətlin araşdırılacağını bəyan edib.

Şişou “Ukraynada Belarus Evi” adlı QHT-nin rəhbəri idi. Bu qurum Alyaksandr Lukaşenko rejimindən qaçan belaruslulara kömək etməklə məşğuldur. Lukaşenko 2020-ci il avqust seçkisinin qalibi elan olunandan sonra kütləvi etirazları amansızlıqla yatırdıb.

Qərb Lukaşenkonu Belarus prezidenti kimi tanımayıb. Müxalifət seçkinin saxtalaşdırıldığını, lideri Svetlana Tixanovskayanın əsl qalib olduğunu bildirib. Tixanovskaya seçkidən sonra Litvaya sığınıb.



civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz